- Baxış sayı: 31
- 22 İyun 2026 20:27
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0

“Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Reynaldo avtomobil qəzasına uğrayıb. Allsport.az saytı xəbər verir ki, hazırda vətəni Braziliyada olan futbolçu idarə etdiyi avtomobillə motosikleti vurub.
Nəticədə zərərçəkən başından zərbə alıb, ayağı sınıb. Amma onun həyati təhlükəsinin olmadığı bildirilir. Həmçinin, qeyd olunur ki, qəzanın necə baş verdiyi bəlli deyil.
Onun içkili olmadığı müəyyənləşib. O, həmçinin zərərçəkənin dərhal xəstəxanaya çatıdırlmasına da kömək edib.