- Baxış sayı: 135
- 20 May 2026 14:02
- Baxış sayı: 28
- İyun 19, 2026
- 0

Fevralın 10-da gənclər və idman nazirliyində Azərbaycan qolf federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, dövlət himnimizin səsləndirilməsindən sonra, nazir Fərid Qayıbov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb.
Daha sonra, AQF-in rəhbərliyinə seçkilər keçirilib və Rauf Xəlilov quruma prezidenti seçilib. Yığıncaqda, həmçinin Anar Əzimov federasiyanın vitse-prezidenti vəzifəsinə seçilib. Qolf federasiyası idarə heyətinə Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov seçiliblər.
AQF-in yeni prezidenti Rauf Xəlilov çıxış edərək, ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür edib və bu idman növünün inkişafı üçün görüləcək işlər və qarşıdakı planlar barədə fikirlərini bildirib.