Yarımfinalda

Yarımfinalda

Rusiyalı tennisçi Diana Şnayder Tokio turnirinin 1/4 finalında dünya reytinqinin 19-cu pilləsində qərarlaşan Aleksandra Ealanı məğlub edib.

Allsport.az xəbər verir ki, Şnayder rəqibinə üç setdə qalib gəlib – 2:6, 7:6 (5), 6:4.

Bu, rusiyalı tennisçinin son iki həftədə filippinli idmançı üzərində ikinci qələbəsidir. O, bundan əvvəl Ninqbo turnirinin 1/8 finalında da Ealanı 7:5, 6:4 hesabı ilə üstələyib.

Şnayder cari mövsümdə beşinci, ardıcıl ikinci dəfə yarımfinala yüksəlib. O, əvvəlki beş yarımfinal görüşünün hamısında məğlub olub.

Rusiyalı tennisçi finala vəsiqə uğrunda dünya reytinqinin 144-cü pilləsindəki Mia Poqanyova ilə qarşılaşacaq.

Həmin kateqoriyadan