- Baxış sayı: 26
- 30 Oktyabr 2026 12:57
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

İtaliya “A” seriyasında IX turun növbəti qarşılaşmaları keçirilib.
Allsport.az xəbər verir ki, turun ən diqqətçəkən nəticəsi Frozinonedə qeydə alınıb.
Meydan sahibləri öz azarkeşləri önündə “Leççe”ni 5:1 hesabı ilə darmadağın ediblər.
Bu qələbə sayəsində “Frozinone” turnir cədvəlində 6-cı pilləyə yüksəlib və 5-ci yerdəki “Milan”dan cəmi bir xal geri qalır. “B” seriyasından yüksələn komanda yüksək liqada mövsümə ən yaxşı start verən yeni iştirakçı rekordunu təkrarlayıb. Belə nəticə sonuncu dəfə 2007-ci ildə aşağı liqadan qayıdan “Yuventus” tərəfindən qeydə alınmışdı.