- Baxış sayı: 54
- 30 Oktyabr 2026 23:55
- Baxış sayı: 178
- Oktyabr 25, 2026
- 0

Afrika futbol konfederasiyası (CAF) millətlər kubokunun yenidən iki ildən bir keçirilməsinə qərar verib.
Allsport.az xəbər verir ki, qurum ötən il 2028-ci ildən etibarən turnirin dörd ildən bir təşkil olunacağını açıqlasa da, bu qərara yenidən baxıb.
Yeni qaydada nəzərdə tutulan Afrika millətlər liqasının yaradılması isə bir neçə il tələb etdiyindən əvvəlki sistemin saxlanılması məqsədəuyğun hesab edilib.
CAF prezidenti Patris Motsepe bildirib ki, turnirin növbəti buraxılışı 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada keçiriləcək. Sonrakı yarışlar isə 2028, 2031 və 2033-cü illərə planlaşdırılıb. 2030-cu ildə dünya çempionatı keçiriləcəyindən həmin il Afrika millətlər kuboku təşkil olunmayacaq.