5 həftə oynamayacaq

5 həftə oynamayacaq

“Komo”nun hücumçusu Moyze Kin topuq nahiyəsindən aldığı zədə səbəbindən təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Allsport.az xəbər verir ki, italiyalı futbolçu Barselonadakı Kuqat institutunda müalicə alıb. O, daha əvvəl milli komandanın düşərgəsində olarkən zədələnmişdi.

Kin “Fiorentina”dan icarə əsasında “Komo”da çıxış edir. Cari mövsümdə “A” seriyasında 4 oyuna çıxan futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan