Lebron Ceymsin rekordunu qırdı

Lebron Ceymsin rekordunu qırdı

ABŞ-nin “Memfis” komandasının basketbolçusu Kemeron Buzer milli basketbol assosasiyasında (NBA) Lebron Ceymsin rekordunu qırıb.

Allsport.az xəbər verir ki, o, buna “Portlend”ə qalib gəldikləri müntəzəm mövsümün oyununda nail olub.

K.Buzer 124:103 hesabı ilə qələbə qazandıqları qarşılaşmada üç göstərici üzrə ikirəqəmli nəticə ilə yadda qalıb. İdmançı bunu NBA-da bacaran ən gənc basketbolçu adına sahib çıxıb.

Buzer sözügedən görüşü 18 xal, 11 götürmə və 12 məhsuldar ötürmə ilə tamamlayıb. O, bunu 19 yaş 109-cu günündə gerçəkləşdirib.

Lebron Ceyms 2005-ci ildə “Klivlend”də çıxış edərkən “Portlend”lə oyunda 27 xal, 11 götürmə və 10 məhsuldar ötürmə müəllifi olmuşdu. O, həmin vaxt 20 yaş 20 günlüyündə idi.

Həmin kateqoriyadan