- Baxış sayı: 89
- 26 Oktyabr 2026 16:54
- Baxış sayı: 178
- Oktyabr 25, 2026
- 0

Zəngilan rayonunda 8 Noyabr – zəfər gününə həsr olunmuş veloyürüş təşkil edilib.
Allsport.az xəbər verir ki, veloyürüşdə Zəngilan şəhər, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, həmçinin müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının üzvləri iştirak ediblər.
Tədbirin sonunda federasiya tərəfindən veloyürüşə qatılan Zəngilan məktəblilərinə velosiped və qoruyucu dəbilqələr hədiyyə olunub.
Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və uşaqların idmana cəlb edilməsidir.