- Baxış sayı: 11
- 09 Noyabr 2026 10:28
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan premyer liqasının 31-ci turunda “Qarabağ” öz meydanında “Keşlə” ilə 1:1 bərabərə qalıb. Allsport.az saytı xəbər verir ki, oyun sonrası mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunu deyib:
“Açığı, bir az çətin oyun olacağını gözləyirdim. Komandamıza görə narahat idim. Oyunçuların həm millidə, həm burda olmasından narahat idim. Maraqlı qarşılaşma alındı.
Hakimin son fitinə kimi sürət vardı. Mübarizə, qırmızı vərəqə, sürətli oyun. Hər şey var idi. Heç kim uduzmaq istəmirdi. Düşünürəm ki, ədalətli nəticə oldu”.