Qurban Qurbanov: Mövsümün sonuna yaxınlaşdıqca gərginlik daha artır

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 31-ci turunda “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabı ilə bitən matçdan sonra bunları söyləyib:

“Çox vacib qələbədir. Mövsümün sonuna yaxınlaşdıqca gərginlik daha da artır. Xüsusilə də bu rəqibə qarşı oyunlarda həmişə diqqətli olmağımız lazım gəlir. Bu gün də elə oldu. Üç xal qazanmağı bacardıq. Oyunçularımıza təşəkkürümü bildirirəm. Biz çempionluğa daha da yaxınlaşdıq”.

Həmin kateqoriyadan