Rəşad Sadiqov: “İtaliya yığmasından çəkinmirdik”

Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, “Qəbələ”nin şərəfini qoruyan futbolçu millimizin 1:3 hesablı məğlubiyyətini belə şərh edib:

“İtaliyadan çəkinmirdik. Sadəcə, rəqib dünyanın adlı-sanlı, təcrübəli komandalarındandır. Çox istədik nəsə edək, alınmadi. Bu oyunu unudub, iki gun sonra qarşılaşacağımız Bolqarıstanla matçı düşünməliyik”.

Həmin kateqoriyadan