Robert Prosineçki Eddi İsrafilovu millimizə dəvət etdi

İspaniyanın “Eybar” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan yığmasına dəvət olunub. Allsport.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, millimiz oktyabrın 10 və 13-də müvafiq olaraq İtaliya və Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Amma hələ baş məşqçi Robert Prosineçkinin bu oyunlar üçün daha hansı futbolçulara dəvət göndərdiyi açıqlanmayıb.

Həmin kateqoriyadan