Robert Prosineçki: “Rəqib qollarını bizim səhvlərimizdən istifadə edib vurdu”

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis millimizin 1:3 hesablı məğlubiyyətini belə şərh edib:

“Komandamı gözəl oyuna görə təbrik edirəm. Futbolçular əllərindən gələni etdilər. Sözsüz ki, rəqib qollarını bizim səhvlərimizdən istifadə edib vurdu. Amma mən komandamdan razı qaldım. Yaxşı oynadıq. Komandamı gözəl oyuna, İtaliya millisini isə qələbəyə görə təbrik edirəm. Onlar əbəs yerə qrupumuzun lideri deyil. Birinci hissədə 2 səhvə yol verdik, rəqib bundan istifadə etdi. İkinci qol daha pis səhv idi.

Ondan sonra oyunda dönüş etmək çətin oldu. Fasilədə dedim ki, ruhdan düşməyin. İkinci hissədə də mübarizəni davam etdirməliyik. Amma İtaliya kimi milliyə qarşı oynamaq çətindir. Mübarizə aparmaq lazım idi və mənə elə gəlir ki, 90 dəqiqə ərzində komandam bunu bacardı”.

Həmin kateqoriyadan