Robert Prosineçki start heyətini açıqladı

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçiriləcək oyun üçün start heyətini açıqlayıb. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün baş tutacaq qarşılaşmaya ilk dəqiqələrdən buraxacağı on oyunçunun dəqiqləşdiyini bildirib.

Həm futbolçular bunlardır: Kamran Ağayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov.

Prosineçki yalnız yarımmüdafiəçi Əfran İsmayılovla bağlı fikrini qətiləşdirmədiyini bildirib. Baş məşqçinin sözlərinə görə, “Qarabağ”ın futbolçusunun kiçik zədəsi var. Oyun saatına qədər Əfran tam hazır olsa, ilk dəqiqələrdən meydana çıxa biləcək. Əks halda yarımmüdafiənin sağ cinahında fərqli oyunçunun xidmətindən yararlanmaq lazım gələcək.

Həmin kateqoriyadan