Robert Prosineçki: Xorvatiyada baş verən hadisələri xüsusi izləmirəm

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiyanın AÇ-2016-nın final mərhələsi üçün açıqlanan heyəti barədə fikrini bildirib. Allsport.az saytı saytına xəbər verir ki, o, həmyerliləri barədə belə deyib:

“Hazırda mən daha çox öz işimlə məşğulam. Ona görə də Xorvatiyada baş verən hadisələri xüsusi izləmirəm. Azərbaycan komandasını 10 gün sonra Andorra ilə yoxlama oyunu gözləyir.

Bütövlükdə götürsək, milliyə dəvət alan futbolçular məni təəccübləndirmir. Uşaqların çoxunu yaxşı tanıyırıq. Onlar aparıcı fiqurlar hesab olunurlar”.

Həmin kateqoriyadan