Rostislav Pevtsov Avropa kubokuna sahib çıxıb

Rostislav Pevtsov Avropa kubokuna sahib çıxıb

Azərbaycan triatlonu cari il ərzində beynəlxalq arenada ilk uğuruna nail olub. Allsport.az saytı xəbər verir ki, Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kubokunda 1-ci yeri tutub. O bu qələbə ilə həm də hesabına reytinq balları yazdırıb.

Təmsilçimiz 1,5 kilometrlik su mərhələsini 18 dəqiqə 40 saniyəyə başa vurub. O, 40 kilometr məsafəyə veloyürüşü 1 saat 9 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 10 kilometr məsafəyə qaçış üzrə isə Rostislav 30 dəqiqə 45 saniyəlik nəticə göstərib.

 

Həmin kateqoriyadan