- Baxış sayı: 114
- 02 İyun 2026 20:18
- Baxış sayı: 218
- İyun 23, 2026
- 0

Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində Avropa kubokunda fəxri kürsüyə çıxıb. Allsport.az saytı xəbər verir ki, o, 750 kilometrlik su mərhələsini 9 dəqiqə 56 saniyəyə başa vurub. 20 kilometr məsafəyə veloyürüşü 30 dəqiqə saat 2 saniyəyə qət edib.
Yarışın sonuncu mərhələsi – 5 kilometr məsafəyə qaçış yarışlarında təmsilçimiz 14 dəqiqə 32 saniyəlik nəticə göstərib. Ümumi hesablamada Rostislav 56 dəqiqə 12 saniyə vaxt göstəricisi ilə 2-ci yer tutub.
Mübarizəyə 73 idmançı qatılıb. Qadınların rəqabətində komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 5 dəqiqə 54 saniyəlik nəticə ilə 12-ci olub.