Rövnəq Abdullayev çimərlik futbolu üzrə millini təbrik edib

AFFA-nın prezidenti Rövnəq Abdullayev çimərlik futbolu üzrə Azərbaycan millisinin ünvanına xöş söz işlədib. Allsport.az saytı xəbər verir ki, o, komandanın məlum uğuru barədə bunu deyib:

“İtaliyada təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində milli komandamız bütün oyunlarını qələbə ilə başa vurub. Türkiyə, İngiltərə, Çex Respublikası və Macarıstan yığmalarına qalib gələn futbolçularımız “A” divizionuna yüksəlib.

Gözəl nəticədir və bu münasibətlə millinin baş məşqçisi Zeynal Zeynalovu, komandanın futbolçularını, uğurlu nəticənin əldə olunmasında zəhmət çəkən hər bir şəxsi təbrik edirəm. Ümidvaram ki, qarşıdakı yarışlarda da qələbələr qazanaraq azarkeşləri sevindirəcəklər”.

Həmin kateqoriyadan