- Baxış sayı: 51
- 06 Noyabr 2026 22:24
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Almaniyanın Şimal-Şərq Regional Liqasında 27-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.
Bu komanda səfərdə Berlin “Herta”sının ikinci kollektivi ilə qarşılaşıb. Matç məhsuldar heç-heçə ilə başa çatıb – 2:2. Rüfət bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, həmyerlimizin komandası hazırda 20 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.