Ruslan Abışov: “İtaliyaya qarşı sonadək mübarizə aparmalıyıq”

Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu bunları söyləyib:

“İtaliya ilə oyun çətin keçəcək. Amma nə etmək olar, sonadək mübarizə aparmalıyıq. Azarkeşlərimiz də son zamanlar bizdən gözəl oyun, yaxşı nəticə gözləyirlər. Onların belə ümidlənməsi, bizi sevindirir.

Olimpiya stadionu kimi iri tamaşaçı tutumlu arenada oynamaq mənim üçün qürurvericidir. Dünyanın ən güclü komandalarından birinə qarşı öz oyunumuzu sərgiləyib, bir xala sevinməliyik”.

Həmin kateqoriyadan