- Baxış sayı: 42
- 23 Sentyabr 2026 23:52
- Baxış sayı: 176
- Sentyabr 23, 2026
- 0

Yeni mövsümə hazırlaşan “Səbail” təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyədə keçəcək. Allsport.az saytı xəbər verir ki, iyulun 9-da Türkiyəyə yollanacaq bakılılar Qızılcahamamda “Çam Thermal Resort & Spa Hotel”də məskunlaşacaq.
Baş məşqçi Aftandil Hacıyev ilk olaraq “Gənclərbirliyi” ilə görüşəcək. Ötən mövsüm super liqanı tərk edən Ankara klubu ilə qarşılaşmanın tarixi hələ məlum deyil. “Aslanlar” 2-həftəlik toplanışda 4 yoxlama matçı keçirməyi nəzərdə tutub.