“Səhvlər çoxaldıqca, rəqib də bundan maksimum istifadə etdi”

“Dünənki oyunda etdiyimiz səhvləri bu gün səhər videobaxış zamanı oyunçularıma göstərdim. Təbii ki, çalışdıq bu dəfə həmin səhvləri etməyək. Bəlkə də bunun nəticəsidir ki, 1-ci hissədə dünənlə müqayisədə daha yaxşı oynadıq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü futzal millimizin baş məşqçisi Joze Alesia da Silva deyib. O, Ukraynaya 1:5 hesabı ilə yenilgiyə belə şərh verib: “İkinci hissədə gücümüz tükəndi. Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi. Nəticədə səhvlər çoxaldı, adiləşdi.

Nəticədə oyunçular daha çox fərdi oyuna üstünlük verdilər. Halbuki biz tapşırıqları kollektiv şəkildə yerinə yetirməli idik. Səhvlər çoxaldıqca, rəqib də bundan maksimum istifadə etdi. Bu da oyun intizamının pozulmasına gətirib çıxardı” – deyə o bildirib.

Həmin kateqoriyadan