Səngər stendində mükafat qazanan qadın atıcılar bəllidir

Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsinə olimpiya atıcılıq növləri üzrə 3-cü beynəlxalq qran-pri davam edir. Allsport.az saytı xəbər verir ki, Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən sınaqda qadınlarda səngər stend atıcılığı mübarizə başa çatıb. Finalda finlandiyalı Makela-Nummela Satu 1-ci yeri, Rusiya atıcıları Yelena Tkaç 2-ci və Lüdmila Pşenikova 3-cü yeri tutub.

Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq, 2014-cü ildən hər il keçirilən bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarış sırasındadır. “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən qran-pri mayın 16-dək davam edəcək.

 

Həmin kateqoriyadan