“Sabah”da serbiyalı müdafiəçi

“Sabah” növbəti transferini edib. Allsport.az saytı xəbər verir ki, debütant serbiyalı Filip İvanoviçlə 3-illik müqavilə bağlayıb. O, komandamızda 13 nömrəli futbol geyimində çıxış edəcək.

26 yaşlı müdafiəçi karyerası ərzində Serbiyanın “Hayduk”, “Zvezdara”, “Lokomotiva”, “Bezaniya”, “Petrovaç”, “İndjiya” klublarında oynayıb. Onun son çıxış etdiyi komanda “Radnik” (Serbiya) olub.

 

Həmin kateqoriyadan