Şahin Diniyev: Ötən turdakı məğlubiyyətə görə ruhdan düşməməliyik

Premyer Liqanın 35-ci turunda “Kəpəz” səfərdə “Zirə”nin qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev bu oyunla bağlı fikrini bildirib:

“Hər bir matç bizim üçün çətindir, asan oyun yoxdur. Bir dəfə demişəm, indi yenə təkrar edirəm ki, “Kəpəz” nə böyük klubdur, nə də ki, kiçik. Hər bir komanda ilə görüşdə qalib də gələ bilərik, uduza da.

Son iki oyun bizim üçün çox həlledicidir. Medallar uğrunda gərgin mübarizə gedir. Ötən turdakı məğlubiyyətə görə ruhdan düşməməliyik. Bura kimi gəlib çıxa bilmişiksə, bunun davamını gətirməliyik”.

Həmin kateqoriyadan