Şahin Diniyev: Tez qol buraxdıq

Premyer Liqanın 34-cü turunda gerçəkləşən “Kəpəz” – “Neftçi” oyunundan sonra komandaların baş məşqçiləri jurnalistlərin önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev oyunla bağlı bunu deyib:

“Mənə elə gəlir ki, bu gün üç xalı biz rəqibə hədiyyət etdik. Birinci hissə meydandakı “Kəpəz” fasilədən sonra başqa komanda idi. Səbəb axtarmıram, çox şey tapmaq olar. İkinci yarıda komanda dayandı. Junior Osvaldonun meydandan çıxması da oyunumuza təsir etdi. Bir neçə futbolçumuz zədəli olduğundan meydana iynəli çıxmışdı. Ona görə tempi saxlamaq çətin idi.

Tez qol buraxdıq, irəli atılıb hesabı dəyişməyə çalışdıq, amma alınmadı. İrəli baxmaq lazımdır, qarşıdakı iki oyunu uğurla baş vurmalıyıq. Bizi Avropa Liqasında mübarizə gözləyir. Güclənib bu yarışa ciddi hazırlaşmalıyıq. Artıq harada çatışmazlığın olduğunu bilirik. Bunun üzərində işləməliyik. Üzülmək, başıaşağı durmaq üçün səbəb yoxdur. Futboldur, uda da bilərsən, uduza da. Gəlin unutmayaq ki, bu heyət “Kəpəz”i Avroliqaya çıxarıb”.

Həmin kateqoriyadan