- Baxış sayı: 20
- 24 Sentyabr 2026 10:55
- Baxış sayı: 180
- Sentyabr 23, 2026
- 0
Yeni mövsümdə “Sumqayıt”a rəhbərlik edəcək Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Samir Ələkbərov “kimyaçılar”ın baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.
2004-2005-ci illərdə “Neftçi”, 2006-2008-ci illər ərzində isə “Xəzər Lənkəran”da köməkçi məşqçi olmuş mütəxəssisin sonuncu iş yeri 21 yaşadək futbolçulardan ibarət millimiz olub.