Samir Məsimovun komandası Sloveniya çempionatında liderliyi ələ keçirib

Sloveniya çempionatında 5-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası “Domjale” doğma meydanda “Koper”lə qarşılaşıb.

“Sarı-goylər” bu görüşdən qələbə ilə ayrılıb – 2:0. Həmterlimiz ilk 4 turda olduğu kimi, bu matçda da iştirak ərizəsində yer almayıb. “Domjale” 5 turdan sonra 11 xalla 10 klub arasında 1-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan