- Baxış sayı: 53
- 21 Oktyabr 2026 23:54
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

Gürcüstan milli komandasının sabiq kapitanı Georgi Nemsadze 54 yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, keçmiş futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Nemsadze 1990-cı illərdə Tbilisinin “Dinamo” komandasında, eləcə də Gürcüstanın “İberiya”, “Quriya” və “Şevardeni-1906” klublarında çıxış edib.
Yarımmüdafiəçi Avropanın bir sıra klublarında da forma geyinib. O, Almaniyanın “Hamburq”, Türkiyənin “Trabzonspor”, İsveçrənin “Qrasshopper”, İtaliyanın “Recana” və Şotlandiyanın “Dandi” komandalarında oynayıb.
Nemsadze 10 ildən artıq Gürcüstan milli komandasının formasını geyinib və yığmanın kapitanı olub.