- Baxış sayı: 39
- 29 İyul 2026 15:00
- Baxış sayı: 116
- İyul 29, 2026
- 0

“Botafoqo”nun yarımmüdafiəçisi Danilo karyerasını Rusiyada davam etdirmək niyyətində deyil.
Allsport.az xəbər verir ki, Sankt Peterburq təmsilçisi braziliyalı futbolçu ilə bağlı marağını hələ apreldə göstərib və onun üçün 25 milyon avro təklif etməyə hazır olub.
Lakin Danilo nümayəndələrinə və “Botafoqo” rəhbərliyinə bildirib ki, “Zenit”ə keçid onun planlarına daxil deyil.
Daha sonra klublar arasında danışıqlar yenidən başlayıb. “Botafoqo” futbolçu üçün 36 milyon avro tələb edib. “Zenit” isə Arturla bağlı borcun silinməsi şərti ilə 25 milyon avro təklif edib. Rus klubu braziliyalı hücumçu üçün təxminən 10 milyon avro borclu idi və bu halda “Botafoqo”nun əldə edəcəyi məbləğ təxminən 15 milyon avro olacaqdı.
Daha əvvəl “Botafoqo”nun “Zenit”dən Luis Enrikeni geri qaytarmaq istədiyi və bu keçiddə Danilonu sövdələşməyə daxil etməyə hazır olduğu bildirilirdi. Lakin yarımmüdafiəçi yenidən Rusiyaya getmək variantından imtina edib. Bundan sonra danışıqlar dayandırılıb, futbolçu isə vəziyyətdən narazı qalıb.
Danilonun əsas hədəfi Avropanın aparıcı çempionatlarından birinə keçmək və ya yetirməsi olduğu Braziliyanın “Palmeyras” klubuna qayıtmaqdır.