- Baxış sayı: 20
- 24 Sentyabr 2026 20:58
- Baxış sayı: 239
- Sentyabr 23, 2026
- 0

İtaliyalı hücumçu Eddi Salsedo Rusiya premyer liqasının təmsilçisi “Rubin”in yeni futbolçusu olub.
Allsport.az xəbər verir ki, 24 yaşlı forvard yeni komandasına azad agent statusunda keçib.
Tərəflər 2027-ci ilin yayına qədər nəzərdə tutulan və müqavilə müddətini daha bir mövsüm uzatmaq opsiyası olan sözləşməyə imza atıblar. Salsedo yeni komandasında “10” nömrəli formanı geyinəcək.
Təcrübəli hücumçunun son klubu Yunanıstanın OFİ (Krit) kollektivi olub. O, komandanın heyətində keçirdiyi 67 rəsmi oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
2019-cu ildə “İnter” Salsedonun transferi üçün “Cenoa”ya 10 milyon avro ödəmişdi. Lakin hücumçu Milan təmsilçisinin əsas heyətində rəsmi debüt etmədən tam 10 dəfə müxtəlif klublara icarəyə verilib. O, karyerası ərzində “Cenoa”, “Verona”, “Speziya”, “Bari”, “Lekko” və İspaniyanın “Eldense” komandalarının şərəfini qoruyub.