Rusiya klubunun sabiq direktoru həbs edilib

Rusiya klubunun sabiq direktoru həbs edilib

Moskvanın Simonovski məhkəməsi “Torpedo”nun sabiq baş direktoru Valeri Skorodumov barəsində hökm çıxarıb.

Allsport.az xəbər verir ki, o, hakimlərin ələ alınması işi üzrə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Skorodumovun 3 il idman sahəsində fəaliyyət göstərməsi qadağan olunub. Rusiya futbol ittifaqı (RFİ) isə onu 10 il müddətinə futboldan uzaqlaşdırıb.

İstintaqın məlumatına görə, sabiq funksioner “Torpedo”nun Premyer liqaya yüksəlməsini təmin etmək məqsədilə hakimlərin ələ alınması sistemini təşkil edib. Bildirilir ki, Birinci liqada keçirilən 20 oyunun nəticəsinə qanunsuz müdaxilə edilib.

Araşdırmanın nəticəsindən sonra “Torpedo” Rusiya Premyer liqasından kənarlaşdırılıb, 5 milyon rubl cərimələnib və yenidən Birinci liqaya göndərilib.

Həmin kateqoriyadan