- Baxış sayı: 143
- 07 Avqust 2026 20:51
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

Sloveniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu “Domjale” doğma meydanda “Çelye” ilə qarşılaşıb.
Matç həmvətənimizin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Məsimov bu görüşə start heyətdə çıxsa da, fasilədə əvəzlənib.
Qeyd edək ki, bu klublar arasındakı ilk oyunda da “Domjale” 0:1 hesabıyla uduzmuşdu. Bu üzdən də Məsimovun komandası kubokdakı çıxışını dayandırmalı olub.