“Sumqayıt” 4 yoxlama oyunu keçirəcək

Yeni mövsümünə hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzedici komandası təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib. Allsport.az saytı xəbər verir ki, Elbrus Məmmədovun komandası gündə 2 dəfə Mehdi Hüseynzadə adına şəhər stadionunda çalışmaları davam etdirir. 2-ci dönəmdə “kimyaçılar” 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

“Sumqayıt”ın əvəzediciləri 18, 21, 25 iyul və 1 avqust tarixlərində müvafiq olaraq region liqası təmsilçisi “Tufan” ilə “Mehdi Hüseynzadə” stadionunda, “Səbail” ilə “Bayıl arena”da, “Keşlə” ilə “İnter arena” və öz meydanında qarşılaşacaq. Bütün görüşlər saat 18:00-da start götürəcək.

Həmin kateqoriyadan