“Sumqayıt”ın 2 rəqibi məlum olub

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Allsport.az saytı xəbər verir ki, artıq rəqiblərdən ikisinin adına aydınlıq gəlib. Nazim Süleymanovun komandası iyulun 19-da Qətərin “Əl-Şəhaniyə”, ayın 22-də “Alanyaspor” ilə qarşılaşacaq.

İlk qarşılaşma Qızılcahamamda yerli saatla 17:00-da, ikinci görüş isə Topuq yaylasında saat 16:00-da start götürəcək.

Digər iki rəqib hələlik müəyyənləşməyib.

Həmin kateqoriyadan