- Baxış sayı: 18
- 26 Aprel 2024 10:27
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Almaniya Qərb Regional Liqasında 20-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda “Videnbruk”la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat görüşün 84-cü dəqiqəsində əvəzlənib. Oyunda hesabı da həmyerlimiz açıb. Toğrul 21-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 28 xalla 19 klub arasında 8-ci pillədə qərarlaşıb.