“Topa biz daha çox nəzarət edirdik”

Bakıda futzalçılarımızın qonağı olan Ukrayna millisi, FHN-in idman-sağlamlıq mərkəzində yoxlama matçında meydan sahiblərinə 4:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, rəqib baş məşqçi Oleksandr Kosenko qələbəyə belə şərh verib:

 “Maraqlı, baxımlı oyun alındı. Hər 2 komanda mübarizə apardı. Komandamdan razı qaldım. Topa biz daha çox nəzarət edirdik. Əlbəttə, səhvlərimiz də oldu. İndi onları analiz edəcəyik və Avropa çempionatına qədər düzəltməyə çalışacağıq.

Oyunun əvvəli bir qədər gərgin keçdi. Halbuki bu tərəflərdən heç birinə lazım deyildi. Çünki hər iki kollektivi cəmi bir aydan sonra daha cavib turnir gözləyir”.

Həmin kateqoriyadan