- Baxış sayı: 89
- 15 Aprel 2026 22:06
- Baxış sayı: 146
- May 08, 2026
- 0

Triatlonçumuz Rostislav Pevtsov İspaniyanın Melilya şəhərində keçirilən Avropa kuboku yarışlarında çıxış edib. Allsport.az xəbər verir ki, o, 68 triatlonçunun mübarizə apardığı yarışı 49 dəqiqə 42 saniyəlik nəticə ilə 6-cı olub.
Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 35 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 24 dəqiqə 47 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi – 5 kilometrlik qaçış zolağını təmsilçimiz 13 dəqiqə 51 saniyə nəticə ilə tamamlayıb.