- Baxış sayı: 114
- 02 İyun 2026 20:18
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Azərbaycanın triatlonçusu Rostislav Pevstov Türkiyənin Alaniya şəhərində keçirilən Avropa kubokunda gümüş medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, 1500 metrlik su məsafəsini 18.49 dəqiqəyə başa vurub. Ardınca, 40 km-lik veloyürüşü 56.19 dəqiqəlik nəticə ilə qət edib.
Nəhayət, yarışların son mərhələsi – 10 km-lik qaçış zolağını Pevstov 31.37 dəqiqəyə başa vurub. Ümumi hesablamada təmsilçimiz 1 saat 47 dəqiqə 45 saniyə göstərici ilə 2-ci olub.
Avropa Triatlon Şurası idmançımızın çıxışını xüsusilə qeyd edib. Rostislav bu mövsüm Avropada ən yüksək reytinqə malik olan triatlonçu adına layiq görülüb.