Triatlonçumuz dünya kubokunda 4-cü yeri tutub

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Koreya Respublikasında keçirilən dünya kubokunda 4-cü yeri tutub. Allsport.az saytı xəbər verir ki, o, 74 idmançının mübarizə apardığı yarışı 53 dəqiqə 40 saniyəlik nəticə ilə başa vurub.

Eyni göstərici ilə amerikalı Mettyu Makkelroy və rusiyalı Vladimir Turbayevski müvafiq olaraq 2-ci və 3-cü yerlərdə qərarlaşıblar. Hər iki idmançı Azərbaycan təmsilçisini bir neçə mikrosaniyəlik fərqlə qabaqlayıb. Dünya kubokunun qalibi ispaniyalı Uksio Abuina Aresa olub.

Həmin kateqoriyadan