Türkdilli ölkələr yeni idman nailiyyətləri qazanmaq üçün memorandum imzaladılar

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ilə Beynəlxalq İdman Təhlükəsizlik Mərkəzi (ICSS) arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması, türkdilli ölkələrin daha böyük idman nailiyyətləri qazanması üçün yaranan növbəti imkandır. Allsport. az saytı xəbər verir ki, TDƏŞ-in baş katibi Ramil Həsənov bu gün İstanbulda bağlanan sənədi belə səciyyələndirib.

O, Azərtac-a müsahibəsində, quruma üzv ölkələrin dövlət başçılarının növbəti Zirvə görüşünün əsasən “Gənclik və beynəlxalq idman” mövzusuna həsr olunacağını diqqətə çatdırıb.

Bildirib ki, iki təşkilat arasında sıx əməkdaşlıq beynəlxalq idman yarışlarında şəffaflığın qorunmasına imkan yaradacaq. Eyni zamanda, türkdilli ölkələrdə gənclərin intellektinin yüksəlməsinə, yeni idman layihələrinin həyata keçirilməsinə yol açacaq.

Həmin kateqoriyadan