- Baxış sayı: 38
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
17 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov postundan ayrılacaq. Allsport.az saytı xəbər verir ki, buna AFFA rəhbərliyi ilə Məşqçilər Komitəsini bu gün baş tutan iclasında qərar verilib.
Amma o, 3 il çalışdırdığı komandadan ayrı qalmayacaq. AFFA Təbriz Həsənovu U-18-ə baş məşqçi təyin edəcək. Onun U-17-dəki vəzifəsini isə U-16-nı çalışdıran Rafiq Mirzəyev tutacaq.
Qeyd edək ki, AFFA bu təcrübədən yararlanmaqla həmin mütəxəssislərin onların daha yaxından tanıdıqları futbolçulardan ayrı düşməməsinə çalışır.