- Baxış sayı: 44
- 19 İyul 2026 10:16
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0

Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son yoxama oyunu keçirib. Allsport.az xəbər verir ki, “Saburtalo” klubu ilə keçirilmiş oyun Gürcüstan təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, yığmamız toplanış çərçivəsində daha əvvəl keçirdiyi oyunlarda Tbilisinin “Lokomotiv” klubuna 0:2 hesabı ilə məğlub olmuş, “Sxinvali” klubunun əvəzedici heyətinə isə qalib gəlmişdi – 6:1.