“Ukrayna bizim üçün uğurlu rəqib deyil”

Avropa çempionatının final mərhələsi üçün dekabrın 18-də və 19-da Bakıda ukraynalə həmkarları ilə yoldaşlıq oyununda üz-üzə gələcək futzal millisinin mətbuat üçün açıq məşqi keçirilib. Allsport.az saytı xəbər verir ki, kapitan Rizvan Fərzəliyev matç öncəsi açıqlama verib:

“Adından da göründüyü kimi, Ukrayna ilə oyunlarımız yoxlama xarakteri daşıyacaq. Lakin reytinq əmsallarına xallar əlavə etmək baxımından qələbə qazanmaq lazımdır. Baş məşqçinin tapşırıqlarından da çox şey asılıdır. Elə etməliyik ki, Avropa çempionatının final mərhələsinə tam hazır yollanaq.

Rəqiblə ilk dəfə 2010-cu ildə qarşılaşmışıq. Həmin vaxt 1/4 final idi. Əsas və əlavə vaxt heç-heçə başa çatdığına görə, qalib penaltilər seriyasında müəyyənləşdi. Sonrakı illərdə isə həm rəsmi oyunlarda, həm də turnirlərdə üz-üzə gəldik. Ümumiləşdirsək, bizim üçün uğurlu rəqib deyil. Çox qaçan komandadır. Biz isə texnikalı oyuna üstünlük veririk. Ona görə də oyun çətin keçəcək”

Həmin kateqoriyadan