Usiklə məşhur bloqçu döyüşə bilər

Məşhur bloqçu Ceyk Polun MVP promouterlik şirkətindəki partnyoru Nakisa Bidaryan bildirib ki, 2026-cı ildə Ceyk ilə super ağır çəkidə hazırkı WBC, WBA və WBO dünya çempionu Aleksandr Usik arasında MMA qaydalarına uyğun döyüşün keçirilməsi mümkündür.

Allsport.az xəbər verir ki, o, bunu Polun orta çəkidə sabiq dünya çempionu Julio Sezar Çavez Juniorla qarşıdakı boks görüşünə həsr olunmuş mətbuat konfransında deyib:

“Onlar bizimlə əlaqə saxladılar və bu döyüşü 2026-cı ildə keçirmək istədiklərini söylədilər. Bu döyüşü mütləq etməyə çalışacağıq”.

Pol və Çaves iyunun 28-də döyüşəcək.

Həmin kateqoriyadan