Vəli Qasımov: “Qarşıda “Qəbələ” ilə daha bir oyunumuz var”

“Neftçi”nin baş məşqçisi Vəli Qasımov Premyer Liqanın 32-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabı ilə bitən matçdan sonra bunları söyləyib:

“Uşaqlar yaxşı oyun sərgiləmək üçün var güclərini sərf etdilər. Amma təbii ki, 7-ci pillədə qərarlaşarkən futbolçu özünə inamı itirir. Buna baxmayaraq, komandamız yaxşı futbol sərgiləyir. İki cəbhədə mübarizə aparırıq.

Hansısa turnirə daha çox üstünlük verdiyimizi deməzdim. Qarşıda “Qəbələ” ilə daha bir oyunumuz var. Kubokun yarımfinalındakı cavab matçında da uğur qazanmaq istəyirik”.

Həmin kateqoriyadan