Vüqar Əsgərov Latviya çempionatında 2 qol vurub

Latviya birinci liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çızış etdiyi “Olayne/Super Nova” doğma meydanda “Tukums” ilə qarşılaşıb.

Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb – 2:0. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıblar.

Oyundakı hər iki qolun müəllifi isə Vüqar olub. O, 73 və 79-cu dəqiqələrdə fərqlənməklə dublunu rəsmiləşdirib. 13 xal toplayan “Olayne” 15 klub arasında 7-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan