“Xəzər Lənkəran”ın keçmiş futbolçusu Braziliya “A Seriyası”nda

“Xəzər Lənkəran”ın keçmiş yarımmüdafiəçisi Fernando Qabriel özünə yeni klub tapıb. Allsport.az saytı xəbər verir ki, o, bundan sonra vətənində – Braziliya “A Seriyası”nda çıxış edəcək. O, yerli “Santa Krus” klubu ilə müqavilə imzalayıb. Qabriel növbəti yarım ilini bu komandada keçirəcək.

Qeyd edək ki, Fernando “Xəzər Lənkəran”da 2014/15 mövsümünün ilk yarısında çıxış edib. Ondan sonra isə o, İranın “Persepolis” klubuna yollanmışdı. Futbolçunun son klubu isə Braziliya “A Seriyası”nın digər təmsilçisi “Ferroviariya” olub.

Həmin kateqoriyadan