Xorvatiya millisi Bakıya bu ulduzlarla gəlir!

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə bir qrupda yer alan Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç millinin heyətini açıqlayıb. Allsport.az xəbər verir ki, o, sentyabrın 3-də Azərbaycan, ayın 6-da isə Norveçə qarşı keçirəcəkləri oyunlar üçün 24 futbolçu çağırıb.

Qapıçılar: Daniel Subaşiç (“Monako”, Fransa), Lovre Kaliniç (“Hayduk”), İvan Vargiç (“Riyeka”);

Müdafiəçilər: Dario Srna (“Şaxtyor”, Ukrayna), Şime Vrsaklo (“Sassuolo”, İtaliya), Marko Leskoviç (“Riyeka”), Vedran Çorluka (“Lokomotiv”, Rusiya), Domoqaj Vida (“Dinamo”, Ukrayna), Deyan Lovren (“Liverpul”, İngiltərə), Daniel Pranyiç (“Panatinaikos”, Yunanıstan), Marin Leyovaç (PAOK, Yunanıstan);

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), Milan Badelj (“Fiorentina”, İtaliya, Marselo Brozoviç (“İnter”, İtaliya), Mateo Kovaçiç (“Real”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Miyo Çaktaş (“Hayduk”);

Hücumçular: Nikola Kaliniç (“Fiorentina”, İtaliya), Ante Rebiç (“Fiorentina”, İtaliya), Marko Pyaça (“Dinamo”, Zaqreb), İvan Perişiç (“Volfsburq”, Almaniya), İvitsa Oliç (“Hamburq”, Almaniya), Mario Mandjukiç (“Yuventus”, İtaliya), Andrey Kramariç (“Lester”, İngiltərə).

Həmin kateqoriyadan