Xorvatiya uduzdu, İtaliya qələbə qazandı

AÇ-2016-nın seçmə mərhələ həyəcanı davam edir. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının səfərdə Malta ilə qarşılaşdığı gündə “H” qrupunda daha iki görüş baş tutub.

Belə ki, Norveç yığması evdə bir neçə gün öncə Bakıda millimizlə görüşdə xal itirən (0:0) Xorvatiyanı qəbul edib. Heyətində ulduz futbolçuların yer aldığı Xorvatiya yığması bu dəfə məğlubiyyətlə üzləşərək qrupdan çıxmaq şanslarını daha da çətinə salıb. Çünki qələbə qazanan Norveç İtaliya ilə birgə qrupdan çıxmağa daha yaxın görünür.

Elə xorvatların Bakıdakı xal itkisindən sonra liderliyi ələ keçirən İtaliya isə Bolqarıstanla qarşılaşıb. Palermoda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

AÇ-2016-nın seçmə mərhələsi
“H” qrupu
6 sentyabr

Norveç – Xorvatiya – 2:0
Qollar: Jo İnge Berget, 51. Vedran Çorluka, 69-öz qapısına.
Oslo. “Ullevol” stadionu. Baş hakim – Viktor Kaşşai (Macarıstan).

İtaliya – Bolqarıstan – 1:0
Qol: Daniele de Rossi, 6-pen.
Palermo. “Rentso Barbera” stadionu. Baş hakim – Sergey Karasev (Rusiya).

İtaliya – 18 xal, Norveç – 16, Xorvatiya – 15, Bolqarıstan – 8, Azərbaycan – 6, Malta – 2.

Həmin kateqoriyadan